...

18 yaşadək analar tərəfindən doğulan uşaqların iqtisadi rayonlar üzrə statistikası açıqlanıb

Gündəm Materials 24 Dekabr 2021 15:36 (UTC +04:00)
18 yaşadək analar tərəfindən doğulan uşaqların iqtisadi rayonlar üzrə statistikası açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda 18 yaşadək analar tərəfindən doğulan uşaqların iqtisadi rayonlar üzrə statistikası açıqlanıb.

Trend-in xəbərinə görə, bu, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib. Onlardan Aran iqtisadi rayonu üzrə 698 nəfər, Gəncə-Qazax iqtisadi rayonu üzrə 325 nəfər, Lənkəran iqtisadi rayonu üzrə 306 nəfər və Dağlıq Şirvan iqtisadi rayonu üzrə 109 nəfər qeydə alınıb.

Ən az göstərici isə Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 40 nəfər olmaqla qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti