...

Sabahdan 3-cü dozanı qəbul etməyən avtobus və taksi sürücüləri ilə bağlı tədbirlər görüləcək - DİN

Gündəm Materials 14 Fevral 2022 12:16 (UTC +04:00)
Sabahdan 3-cü dozanı qəbul etməyən avtobus və taksi sürücüləri ilə bağlı tədbirlər görüləcək - DİN

Bakı. Fərid Zöhrabov - Trend:

Sabahdan 3-cü dozanı qəbul etmədən avtobus və taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə bağlı tədbirlər görüləcək.

Bunu Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, bununla bağlı Nazirlər Kabinetinin qərarı var. Həmin qərara uyğun olaraq tədbirlər icra olunacaq.

Belə ki, qaydalara əməl etməyən sürücülərlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

E.Hacıyev bildirib ki, karantin qaydalarının qorunması və gözlənilməsi diqqət mərkəzində saxlanılır. Qapalı məkanlarda, ictimai nəqliyyatda nəzarət profilaktik tədbilərin həyata keçirilməsi gündəlik işin əsas tərkib hissəsidir.

Qeyd edək ki bu, Nazirlər Kabineti 30 dekabr 2021-ci il tarixində “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Fevralın 15-dən isə COVID sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti