...

Baş Prokurorluqdan "Tərtər işi" ilə bağlı açıqlama

Gündəm Materials 15 Fevral 2022 11:23 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı zərərçəkmişlərin sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında yaydığı məlumatlara aydınlıq gətirib.

Trend-in məlumatına görə, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib ki, “Tərtər işi” ilə bağlı aktiv cinayət işi davam etdirilir: "İş üzrə təqsirli olan bütün şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər aparılır. Cinayət işi ilə bağlı 296 nəfər zərərçəkmiş kimi tanınıb, onlardan 178 nəfərə işgəncə verilməsi müəyyən olunub.

4 nəfər barəsində Cinayət Məcəlləsinin maddələri ilə həbs qətimkan tədbiri seçilib",- N.Əvəzov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti