...

Komandoların təlim-məşqləri davam edir (VİDEO)

Gündəm Materials 21 Fevral 2022 16:44 (UTC +04:00)
Komandoların təlim-məşqləri davam edir (VİDEO)

Bakı. Trend:

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində təlim-məşqləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, real döyüş şəraitinə uyğunlaşdırılaraq keçirilən praktiki məşğələlərdə müxtəlif taktiki fəaliyyətlər icra olunub.

Komandolar təlimlərdə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərin əsas məqsədi komandoların peşəkarlıq səviyyəsinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti