...

Paypal Rusiyadakı istifadəçilərdən hesablarından vəsaitlərini çıxarmağa çağırıb

Gündəm Materials 12 Mart 2022 23:11 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın elektron ödəniş sistemi Paypal, Rusiyada ödənişlərin göndərilməsi və qəbulu xidmətlərinin dayandırılması səbəbindən hesablardan qalıqların çıxarılmasını tələb etdiyini açıqlayıb.

Trend xəbər verir ki, müvafiq məlumat şirkətin saytında yerləşdirilib.

"Son hadisələrlə əlaqədar Rusiyada ödənişlərin göndərilməsi və qəbulu üzrə xidmətlərimizi dayandırmaq qərarına gəldik. Hazırda vəsaitləri çıxarmaq funksiyası saxlanılıb. Mümkün əlavə xidmət pozuntularını minimuma endirmək üçün sizdən 18 mart 2022-ci ilə qədər balansı hesabınızdan çıxarmağınızı xahiş edirik", - məlumatda deyilir.

Bundan əvvəl, martın 5-də Paypal Rusiyada xidmətlərin göstərilməsini dayandırmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti