Bakı. Trend:
Sabunçu rayon Polis İdarəsinin sabiq rəisi Rza Hacıyevin barəsində olan cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə göndərilib.
Trend-in məlumatına görə, bunu Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev deyib.
O bildirib ki, hazırda istintaq davam edir.
"Hadisə ötən il dekabrın 16-da baş verib. Rza Hacıyev avtomat silahla tanışının maşınına 8 dəfə atəş açıb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlansa da, sonradan cinayət işinə 29,120,1-ci maddəsi də əlavə edilib. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə gönədrilib. Hazırda istintaq davam etdirilir", - idarə rəisi deyib.