...

Muğanlı-İsmayıllı yolunda hərəkətin təmin edilməsinə çalışırıq - BDYPİ

Gündəm Materials 18 Mart 2022 17:33 (UTC +04:00)
Muğanlı-İsmayıllı yolunda hərəkətin təmin edilməsinə çalışırıq - BDYPİ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən gecədən başlayaraq yağan güclü qar səbəbindən Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Basqal kəndi ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, mövcud hava şəraiti ilə bağlı respublikanın bəzi yollarında avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Məlumatda bildirilib ki, ötən gecədən başlayaraq yağan güclü qar Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Basqal kəndi ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətini çətinləşdirib: "Muğanlı-İsmayıllı yolunda, Bakı-Şamaxı Yevlax avtomobil yolunun Muğanlı dairəsi adlanan hissəsində yağan qar avtomobillərin hərəkətində çətinlik yaratsa da, yol patrul xidmətinin əməkdaşları, yol təsərrüfatı işçiləri ilə birgə yollarda hərəkətin təmin edilməsinə çalışırlar.

Sürücülər arasında yola hazırlıqsız çıxanlar da var. Avtomobillərinin sazlığına diqqət yetirsinlər. Sürücülər unutmamalıdırlar ki, qar yağan bölgələrə səfər etməzdən öncə yolların vəziyyətini nəzərə almalıdırlar. Ya səfərlərini təxirə salmalıdırlar, bu, mümkün deyilsə, yol şəraitini nəzərə alıb şinlərin vəziyyətinə nəzər yetirsinlər. Sürücülər hava şəraitinə görə gündüz saatlarda yola çıxmaları tövsiyə edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti