...

Quru sərhədləri nə zaman açılacaq? - AÇIQLAMA

Gündəm Materials 31 Mart 2022 16:24 (UTC +04:00)
Quru sərhədləri nə zaman açılacaq? - AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Son dövrlər Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi azalma olduğundan karantin rejimi çərçivəsində yumşalmalar tətbiq edilib, bəzi məhdudiyyətlər aradan qaldırılıb. Karantin rejiminin yumşaldılması qonşu ölkələrlə quru sərhədlərin açılmasına səbəb ola bilərmi?

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, əksər ölkələrdə karantin qaydalarının yumşaldılması müşahidə olunur. Bu qaydaların yumşaldılması həm də real sektorun inkişafı baxımından vacibdir.

Millət vəkili bildirib ki, hökumətə quru sərhədlərinin mərhələli şəkildə açılması məsələsinə baxılması barədə həm Milli Məclisin iclaslarında, həm də media vasitəsilə millət vəkilləri tərəfindən təkliflər edilib.

"Çünki nəzərə alınmalıdır ki, quru sərhədlərinin açılması turizmin inkişafı baxımından da vacibdir. Xüsusilə də ölkəyə gələn turistlərin sayına quru sərhədlərin açılması birbaşa təsir göstərə bilər. Ona görə ki, turistlərin əksəriyyəti qonşu ölkələrdən gəlir. Bu baxımdan epidemioloji vəziyyət nəzərə alınaraq, qərargah tərəfindən mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılmalıdır. Çünki bu, nəticə etibarilə real sektorun və turizimin inkişafı üçün vacib məsələdir. Bu baxımdan biz quru sərhədlərin açılması üçün mərhələli şəkildə addımlar atılmasını təklif etmişik", - deyə V.Bayramov əlavə edib.

Qeyd edək ki, hazırda Azərbaycanla qonşu olan dövlətlərdə Gürcüstan, Rusiya, İran və Türkiyədə quru sərhədləri açıqdır. Əgər Azərbaycanda da bu qadağa götürülərsə, vətəndaşlar heç bir məhdudiyyət olmadan qonşu ölkələr keçə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti