...

İsmayıllıda reyd: Qaydaları pozan 20 sürücü cərimələnib (FOTO)

Gündəm Materials 14 Aprel 2022 20:36 (UTC +04:00)
İsmayıllıda reyd: Qaydaları pozan 20 sürücü cərimələnib (FOTO)

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə şəhərin müxtəlif küçə və prospektlərində reyd keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, reyd zamanı müxtəlif qayda pozuntularına yol verən, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib.

Onlara törətdikləri qayda pozuntuları izah olunub və 20-yə yaxın sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti