...

Formula 1 Qran Prisi Azərbaycanda hansı telekanal vasitəsilə yayımlanacaq? - AÇIQLAMA

Gündəm Materials 15 Aprel 2022 10:19 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda yarışın yerli televiziyada yayımı ilə bağlı müzakirələr aparılır. Nəticə ilə bağlı açıqlama veriləcək.

Bunu Trend-ə müsahinəsində Formula 1 Azərbaycan Qran Prisinin mətbuat katibi Turab Teymurov deyib.

"Bununla yanaşı, azarkeşlər digər Formula 1 yarışları ilə yanaşı, Azərbaycan Qran Prisini də dünyanın bir sıra qabaqcıl idman televiziya kanalları vasitəsilə izləyə biləcəklər. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisininin qlobal tamaşaçı auditoriyası 1.5 milyarda yaxındır. Maraqlı faktı diqqətinizə çatdıraq. Son iki mövsümdə Azərbaycan Qran Prisi Monako Qran Prisini keçərək ABŞ-da izlənilən ən populyar yarış olub, - deyə T.Teymurov əlavə edib.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti