...

Azərbaycanda saxlanılan qanunsuz miqrantların sayı açıqlandı - İQAK monitorinq keçirdi (FOTO)

Gündəm Materials 21 Aprel 2022 17:21 (UTC +04:00)
Azərbaycanda saxlanılan qanunsuz miqrantların sayı açıqlandı - İQAK monitorinq keçirdi (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) Dövlət Miqrasiya Xidməti yanında qanunsuz miqrantların saxlanma mərkəzində monitorinq keçirib.

Bu barədə Trend-ə açıqlamasında komitənin sədr müavini Elçin Şirinov məlumat verib.

O bildirib ki, monitorinq zamanı mərkəzdə saxlanılan 10 qanunsuz miqrantla görüşüblər.

"Monitorinqi komitə sədri Tural Hüseynov, mən, komitənin hüquqşünası Rövşən Məmmədov və ekspert Qartal Hüseynov keçirdik. Monitorinq zamaı saxlanılan qanunsuz miqrantlarla fərdi görüş keçirdik, onların saxlanma şəraiti, rəftar, qida təminatı və digər məsələlərlə maraqlandıq.

Hazırda mərkəzdə 10 nəfər qanunsuz miqrant saxlanılır. Onlardan biri Türkiyə vətəndaşı olan qadın, 6-sı Pakistan, 1-i Türkmənistan, 2-si isə Nigeriya vətəndaşıdır. Saxlanılan şəxslər şəraitdən və təminatdan narazılıq etmədilər.

Monitorinq zamanı məlum oldu ki, saxlanma mərkəzində qanunsuz miqrantlar üçün şikayətlər qutusu da quraşdırılıb ki, həmin qutu yalnız xidmət rəisinin nəzarətindədir", - E.Şirinov bildirib.

Komitə sədrinin müavini qeyd edib ki, monitorinqlər zamanı bildirilib ki, hazırda həmin qanunsuz miqrantların sənədləri ilə bağlı Dövlət Miqrasiya Xidməti araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti