...

Zakir Sultanovun cəzası azaldılıb

Gündəm Materials 27 Aprel 2022 13:01 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun apellyasiya məhkəməsi keçirilib.

Trend xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində bu gün baş tutan iclasda vəkil Vüqar Babayev müdafiə çıxışı edib. Daha sonra qərar elan olunub. Qərara əsasən, Z.Sultanovun həbs müddəti 5 il 6 aya endirilib.

Qeyd edək ki, Z.Sultanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilmişdi.

Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Rafiq Bayramov 8 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə R.Bayramovun cəzası 8 ildən 4 il 6 aya endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti