...

Yaponiya Rusiyaya bəzi avadanlıqların, o cümlədən 3D printerlərin ixracını qadağan edib

Gündəm Materials 13 May 2022 06:51 (UTC +04:00)
Yaponiya Rusiyaya bəzi avadanlıqların, o cümlədən 3D printerlərin ixracını qadağan edib

Bakı. Trend:

Yaponiya Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya ixracı qadağan edilən mal və texnologiyaların siyahısını genişləndirir.

Trend-in məlumatına görə, bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bildirib.

Bildirilib ki, bu siyahıya 3D printerlər və kvant hesablamaları üçün avadanlıqlar daxil olacaq.

Ümumilikdə, yenilənmiş sənəddə 14 yeni adlar daxil olunub. Onların arasında neft emalı üçün katalizatorlar, elektron və atom qüvvəsi mikroskopları, 3D printerlərdə istifadə olunan toz halına salınmış metallar və metal ərintiləri, günəş, külək və digər bərpa olunan enerji mənbələrindən istifadə etməklə əldə edilən hidrogen var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti