...

"Avroviziya 2022" mahnı müsabiqəsinin final mərhələsi başlayıb

Gündəm Materials 14 May 2022 23:20 (UTC +04:00)
"Avroviziya 2022" mahnı müsabiqəsinin final mərhələsi başlayıb

Bakı. Trend:

Mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da "Avroviziya 2022" mahnı müsabiqəsinin finalı keçirilir.

Trend xəbər verir ki, Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalında 25 ölkənin təmsilçiləri yarışacaqlar.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli dünyanın ən böyük canlı musiqi tədbirində “Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti