...

Türkiyə İsveç və Finlandiyanın terrorçulara dəstəyindən narahat olduğunu bildirib - Çavuşoğlu

Gündəm Materials 15 May 2022 17:15 (UTC +04:00)
Türkiyə İsveç və Finlandiyanın terrorçulara dəstəyindən narahat olduğunu bildirib - Çavuşoğlu

Bakı. Trend:

Türkiyə NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə İsveç və Finlandiyanın terror təşkilatlarına verdiyi dəstəkdən narahat olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Berlində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xüsusilə Türkiyə tərəfi İsveçdən silah yardımı məsələsini qaldırıb.

M.Çavuşoğlu, həmçinin alyansa qoşulmaq niyyətində olan ölkələrin (Türkiyə ilə bağlı) ixrac məhdudiyyətlərini qəbuledilməz adlandırıb.

Xarici işlər naziri bir gün əvvəl Finlandiya və İsveçin xarici işlər nazirləri ilə keçirilən üçtərəfli görüşə toxunub:

"Türkiyə tərəfinin narahatlığının aradan qaldırılması üçün birgə fəaliyyət təklif edilib", - deyə nazir bildirib.

"(Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı) təhlükəsizlik təminatları olmalıdır. Bu ölkələr terror təşkilatlarına dəstəyi dayandırmalıdır", - deyə M.Çavuşoğlu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti