...

Yaşa görə pensiya təyin edilən şəxslərin sayı açıqlanıb

Gündəm Materials 16 May 2022 10:13 (UTC +04:00)
Yaşa görə pensiya təyin edilən şəxslərin sayı açıqlanıb

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin aprel ayında 2306 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, onların 55,6%-ni kişilər, 44,4%-ni isə qadınlar təşkil edib.

Hazırda kişilər üzrə pensiya yaşı 65 il, qadınlar üzrə isə 62 il 6 aydır. Qeyd edək ki, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti