...

eSIM nədir? Necə istifadə etmək olar?

Gündəm Materials 3 İyun 2022 09:47 (UTC +04:00)
eSIM nədir? Necə istifadə etmək olar?
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"eSIM" (yerləşdirilmiş SİM) birbaşa cihaza daxil edilmiş proqramlaşdırıla bilən SİM kartın formasıdır.

"eSIM" standartı ilk dəfə 2016-cı ildə istifadəyə verilib o vaxtdan "eSIM" mobil telefonlara daxil olmaqla domenlərdə fiziki SİM-i əvəz etməyə başladı.

"eSIM"-lərdə etibarlılıq və şəbəkə təhlükəsizliyi təkmilləşdirilir. "eSIM" plastik SİM kartları əvəz edən smartfonlarda istehsal zamanı quraşdırılmış rəqəmsal mikroçipdir. Artıq plastik SİM kartlara gərək yoxdur. Daha iki SİM kart dəstəkləyən smartfon almağa və yaxud bir neçə telefon gəzdirməyə də gərək yoxdur. "eSIM" ilə bir neçə nömrə istifadə edə bilərsiniz.

Necə istifadə edə bilərik?

İlk öncə bu kodu daxil edərək *313# istifadə etdiyiniz smartfonun "eSIM" texnologiyasını dəstəklədiyini öyrənirik. Dəstəklədiyini öyrəndikdən sonra mobil operatorun rəsmi satış mərkəzlərinə yaxınlaşırsız, istifadə etdiyiniz nömrəni və ya yenisini "eSIM"dən aktiv edirsiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti