...

Allahşükür Paşazadə Türkiyəyə gedir

Gündəm Materials 7 İyun 2022 10:54 (UTC +04:00)
Allahşükür Paşazadə Türkiyəyə gedir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 7-də Türkiyə Cümhuriyyətinə səfərə yola düşür.

İdarədən Trend-ə verilən məlumata görə, səfər “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suverin dəvəti ilə baş tutur. Vəqfin təşkilatçılığı ilə 7-9 iyun 2022 tarixlərində İstanbul şəhərində baş tutacaq XXV Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində Şeyxülislam A. Paşazadə “Qida, ərzaq, əmtəə böhranı, müharibə Paris Anlaşmasını kölgələyəcəkmi?” mövzusunda panel iclasda əsas məruzəçi kimi çıxış edəcək, dünyada mövcud iqtisadi problemlərin mənəvi baxımdan dəyərləndirilməsinə dair fikirlərini bölüşəcəkdir. Çıxışında QMİ sədri işğal dövründə Qarabağ ərazisində törədilmiş ekoloji fəlakətin miqyasından, Vətən müharibəsindəki Zəfərdən sonra Azərbaycan dövlətinin azad olunmuş torpaqlarımızda apardığı geniş bərpa- quruculuq işlərindən bəhs edəcəkdir.

Dörddə bir əsr ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçıları, parlamentarilər və tanınmış ictimai xadimlərin qatıldığı mötəbər toplantının builki zirvəsində postpandemiya dövründə dünyada yaşanan sosial və iqtisadi problemlərin həlli yolları müzakirə ediləcək, enerji və ərzaq təhlükəsizliyi problemləri gündəmdə olacaqdır.

Şeyxülislam Allahşükür Paşazadə tədbir çərçivəsində Avrasiya İqtisadi Zirvə görüşünün nüfuzlu iştirakçıları ilə görüşlər keçirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti