Bakı. Trend:
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən paytaxtda hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə informasiya mübadiləsi genişləndirilib.
NİİM-dən Trend-ə verilən məlumata görə, yol-nəqliyyat hadisələri və nasaz avtomobillərin hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlərin görülməsi üçün yol polisi ilə informasiya mübadiləsi aparılır, 150-dən artıq nöqtədə svetoforların sıxlığa görə tənzimlənməsi təmin olunur.
İdarəetmə Mərkəzində olun məlumatlar hər saatda 2 dəfə olmaqla canlı yayımla "Avto FM"radio kanalı və digər informasiya resursları ilə ictimiayyətə çatdırılır.