...

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN

Gündəm Materials 19 İyun 2022 13:51 (UTC +04:00)
Kəlbəcər rayonu istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN

Bakı. Trend:

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, İyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti