Ağdam. Trend:
Ağdam rayonu ərazisində yerləşən N saylı hərbi hissədə "Silahlı Qüvvələr Günü" münasibəti ilə tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə şəhid ailələri, qazilər, Xocavənd və Ağdam rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Xocavənd rayon icra hakimiyyəti başçısı Eyvaz Hüseynov ordu quruculuğu siyasətindən, o cümlədən Vətən müharibəsi zamanı Azərbaycan silahlı qüvvələrinin göstərdiyi əzmkarlıqdan söhbət açıb.
Sonra mərasim iştirakçıları hərbi hissədə şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olub.