Bakı. Trend:
Özbəkistanın Qaraqalpaqıstan Respublikası ərazisində vətəndaşların təhlükəsizliyini təmin etmək, hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Trend-in məlumatına görə, bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədov bildirib.
"Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədi ilə Prezidentin sərəncamı ilə iyulun 3-də saat 00:01-dən 2 avqust saat 00:00-dək Qaraqalpaqıstan Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib", - deyə qeyd olunub.