Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Ukraynaya silah tədarükü üçün Avropa Sülh Fondundan əlavə 500 milyon avro ayırmaq imkanını araşdırır. Bununla da, Kiyevə bu xətt üzrə hərbi yardımın ümumi maliyyələşdirilməsi 2,5 milyard avroya çatdırılacaq.
Trend-in məlumatına görə, bu məlumatı Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasında Aİ Xarici İşlər Xidmətinin baş katibi Stefano Sanino təsdiqləyib.
"Biz Ukraynaya silah tədarükü üçün əlavə 500 milyon avronun ayrılmasını araşdırırıq və, beləliklə, ümumi maliyyə yardımı 2,5 milyard avroya çatdırılacaq", - deyə o bildirib.