...

Türkiyə lirəsi tarixi minimumu yeniləyib

Gündəm Materials 25 Avqust 2022 17:06 (UTC +04:00)
Türkiyə lirəsi tarixi minimumu yeniləyib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə lirəsi ABŞ dollarına nisbətdə daha da ucuzlaşaraq tarixi minimumu yeniləyib.

Trend-in məlumatına görə, hazırda Türkiyə birjalarında bir dollar 18,17 lirəyə bərabərdir.

Eyni zamanda, bir avro 18,12 lirə ətrafında alınıb satılır.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı ötən həftə ölkədə uçot dərəcəsini 14 faizdən 13 faizədək azaltmışdı.

Ümumilikdə, son bir ildə Türkiyə lirəsi ABŞ dollarına nisbətdə 116,21 faiz dəyər itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti