...

Ermənistanın 49 hərbçisi həlak olub, itki sayı arta bilər - Paşinyan

Gündəm Materials 13 Sentyabr 2022 11:33 (UTC +04:00)
Ermənistanın 49 hərbçisi həlak olub, itki sayı arta bilər - Paşinyan

Bakı. Trend:

Ermənistan silahlı qüvvələri baş vermiş toqquşmalar nəticəsində 49 hərbçisini itirib.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

O, bu rəqəmin yekun göstərici olmadığını, itki sayının arta biləcəyini bildirib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti