...

Azərbaycanda 161 nəfər COVID-19-a yoluxub

Gündəm Materials 25 Sentyabr 2022 16:44 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 820 823 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 809 597 nəfər müalicə olunaraq sağalıb, 9 903 nəfər vəfat edib, aktiv xəstə sayı 1 323 nəfərdir.

Ölkədə son sutka ərzində 2 484, hazırkı dövrədək isə 7 236 764 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti