...

İşğaldan azad olunan rayonlarda minalardan təmizlənmiş ərazilərin ümumi sahəsi AÇIQLANIB

Gündəm Materials 19 Oktyabr 2022 16:03 (UTC +04:00)
İşğaldan azad olunan rayonlarda minalardan təmizlənmiş ərazilərin ümumi sahəsi AÇIQLANIB
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2020-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayına qədər işğaldan azad olunan rayonlarda minalardan təmizlənmiş ərazilərin ümumi sahəsi 56,573 hektar təşkil edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında panel müzakirələri zaman deyib.

O qeyd edib ki, 2022-ci il üzrə minalardan təmizlənməsi nəzərdə tutulan ərazilər 40 hektar təşkil edir.

“Artıq həmin ərazilərin 36 min hektara qədəri təmizlənib və ilin sonuna qədər nəzərdə tutulan ərazi tam başa çatdırılacaq”, - deyə o bildirib.

V.Süleymanov vurğulayıb ki, minalardan təmizləmə üzrə illik planın 65 min hektara qədər artırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti