...

Azad edilmiş ərazilərdə məskunlaşan ermənilərin cəmiyyətimizə inteqrasiyası üçün əlimizdən gələni edəcəyik - Ombudsman

Gündəm Materials 20 Oktyabr 2022 11:43 (UTC +04:00)
Azad edilmiş ərazilərdə məskunlaşan ermənilərin cəmiyyətimizə inteqrasiyası üçün əlimizdən gələni edəcəyik - Ombudsman
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşan ermənilərin cəmiyyətimizə inteqrasiyası üçün əlimizdən gələni edəcəyik. Onlar bizim vətəndaşımızdır. Biz hər bir vətəndaşımızın hüququnu müdafiə etdiyimiz kimi onların da hüquqlarını müdafiə edəcəyik.

Trend-in məlumatına görə, bunu bu gün Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O qeyd edib ki, bu günə qədər Ombudsman Aparatına işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşan ermənilərdən müraciət daxil olmayıb.

“Ölkəmizin digər ərazilərində yaşayan 30 minə yaxın erməni əsilli vətəndaşımız var. 20 illik fəaliyyətimiz dövründə mütəmadi olaraq onlar bu və ya digər problemləri ilə bağlı müraciət ediblər və biz də heç bir fərq qoymadan onların hüquqlarını müdafiə etmişik”, - deyə S.Əliyeva bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti