...

Seulda izdihamda ölənlərin sayı 156 nəfərə çatıb

Gündəm Materials 1 Noyabr 2022 08:17 (UTC +04:00)
Seulda izdihamda ölənlərin sayı 156 nəfərə çatıb

Bakı. Trend:

Seulun mərkəzindəki İthevon rayonunda izdiham nəticəsində ölənlərin sayı 156-ya çatıb.

Trend-in məlumatına görə, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi xəbər verib.

Faciənin qurbanları arasında Çin və Rusiya da daxil olmaqla 14 ölkədən 26 əcnəbi var.

Son məlumatlara görə, xəsarət alanların sayı 151 nəfərdir. Xəstəxanaya yerləşdirilən 40 nəfərdən 29-nun vəziyyəti ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti