...

Ərdoğan BMT baş katibi ilə telefon danışığı aparıb

Gündəm Materials 4 Noyabr 2022 03:06 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığında Ukrayna ilə taxıl sazişinin uzadılmasının vacibliyini vurğulayıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Məlumata əsasən, Ərdoğan və BMT-nin baş katibi Ukraynadakı vəziyyəti və taxıl sazişini müzakirə ediblər.

Türkiyə prezidenti Rusiya və Ukrayna prezidentləri ilə danışıqların nəticəsində sazişin bərpasını alqışladığını bildirib.

R.T.Ərdoğan qeyd edib ki, indi diqqəti 20 günə başa çatacaq sazişin uzadılmasına yönəltmək lazımdır.

Öz növbəsində A.Quterreş taxıl dəhlizinin bərpasına verdiyi töhfəyə və səylərinə görə R.T.Ərdoğana təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti