Bakı. Trend:
Daxili İşlər Nazirliyinin (DİN) hərbçisi minaya düşüb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, Daxili İşlər Nazirliyinin bir hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb və partlayış nəticəsində xəsarət alıb.
Xəsarət almış hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.