...

Dərman qiymətlərinin artması gömrüklə bağlı məsələ deyil - Şahin Bağırov

Gündəm Materials 13 Dekabr 2022 12:41 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dərman qiymətlərinin artması gömrüklə bağlı olan məsələ deyil.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, dərmanlara gömrük rüsumu yoxdur.

“Dərman şirkətləri dərmanlar gələn kimi öz anbarlarına aparmaq istəyirlər və biz də bunun həssaslığını nəzərə alaraq buraxırıq. Dərmanlara gömrük rüsumu yoxdur, ƏDV var və o da azdır”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti