...

"TikTok"da yeni özəllik

Gündəm Materials 16 Dekabr 2022 11:41 (UTC +04:00)
"TikTok"da  yeni özəllik
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"TikTok" üfüqi vəziyyətdə ekranda videoya baxmaq funksiyasını sınaqdan keçirməyə başlayıb.

Trend-in məlumatına görə, "TikTok" istifadəyə verildiyi ilk gündən şaquli ekrana uyğun gələn proqramdır. Yeni funksiyanın köməyi ilə proqram mümkün qədər üfüqi ekranda istifadə olunmasını təmin edəcək.

"TikTok" rəsmiləri üfüqi ekran xüsusiyyətinin bəzi istifadəçilərlə qlobal miqyasda sınaqdan keçirildiyini təsdiqləyiblər. Lakin funksiyanın stabil versiyaya nə vaxt çatacağı hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti