...

Bakı-Naxçıvan yolunun İran tərəfindən bağlanması yalandır - Növbəti erməni feykinin ifşası

Gündəm Materials 20 Dekabr 2022 15:39 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bir sıra erməni KİV-də İranın artıq bir neçə gündür ki, İran ərazisindən keçən Bakı-Naxçıvan magistral yolunu bağladığı ilə bağlı iddialar yayılıb.

Məsələ ilə bağlı Trend İnformasiya Agentliyi aidiyyəti dövlət qurumları ilə əlaqə saxlayıb. Məlum olub ki, erməni KİV-də yayılan bu məlumatlar həqiqəti əks etdirmir.

Hazırda Naxçıvandan Bakıya və eləcə də əks istiqamətdə İran ərazisindən keçməklə yüklərin daşınması prosesi davam edir.

Qeyd edək ki, azərbaycanlı fəalların Laçın yolunda etiraz aksiyasına başlamasından sonra erməni sosial şəbəkə hesabları və KİV tirajladıqları yalan xəbərlərin sayını daha da artırıb. Ermənilər müxtəlif vaxtlar bu tipli fake xəbərlər yaymaq həm daxili audiotiryanı həm də beynəlxalq ictimaiyyəti yanıltmağa çalışırlar.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti