Bakı. Trend:
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan və Azərbaycan Beynəlxalq Maarif Məktəbləri arasında memorandum imzalanıb.
Trend-in məlumatına görə, imzalanma mərasimində MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli, idarə heytənin üzvləri, Türkiyə Maarif Vakfı Azərbaycan təmsilçisi İbrahim Balı və idarə heyəti iştirak edib.
Görüş çərçivəsində tərəflər arasında icra edilə biləcək ortaq layihələr müzakirə olunub. Həmçinin, tələbələrin iş həyatına uyğunlaşmasına və karyera hədəflərinə istiqamətləndirilməsinə kömək edilə biləcək məsələlər müzakirə olunub.