...

Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb (FOTO/VİDEO)

Gündəm Materials 19 Yanvar 2023 18:45 (UTC +04:00)
Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən bir neçə hərbi hissələrdə olub, bölmələrin döyüş hazırlığını yoxlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Qərargah rəisi əməliyyat şəraiti və döyüş növbətçiliyinin təşkili ilə bağlı məruzələri dinləyib, ehtimal olunan təxribatların qarşısının vaxtında və qətiyyətlə alınması üçün müvafiq tapşırıqlar verib.

General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılması və bölmələrin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti