...

Şəhid Orxan Əsgərovun nəşi yaşadığı evə gətirilib (FOTO)

Gündəm Materials 30 Yanvar 2023 10:36 (UTC +04:00)
Şəhid Orxan Əsgərovun nəşi yaşadığı evə gətirilib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Bakıda yaşadığı evə gətirilib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda şəhidlə vida mərasimi keçirilir.

O.Əsgərov Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib.

Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyyə edilib.

Xəbər lenti

Xəbər lenti