...

Sülməramlılara aid daha dörd avtomobil Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 31 Yanvar 2023 14:42 (UTC +04:00)
Sülməramlılara aid daha dörd avtomobil Laçın yolundan keçib (FOTO)

Bakı. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus daha 4 avtomobil aksiya keçirilən ərazidən maneəsiz keçid edib.

Səhər saatlarından indiyədək RSK-ya məxsus 52 avtomobil yoldan keçib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 51 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti