Bakı. Trend:
Xocalıda qəza baş verib, iki nəfər yaralanıb.
Trend xəbər verir ki, hadisə Xocalı rayonun Çanaqçı kəndində baş verib. Belə ki, "Gədəbəy Sular" MMC-nin sürcüsü Mahir Sadıqov yük maşını ilə qəza edib və avtomobil dərəyə aşıb.
Qəza zamanı sürücü və şirkətin satış müdiri Hüseyn Məmişov yaralanıb.
Yaralanan şəxslər Füzuli Mərkəzi Xəstəxanasına gətirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gəlib.
Qəza ilə bağlı araşdırma aparılır.