...

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb

Gündəm Materials 6 Fevral 2023 11:02 (UTC +04:00)
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yeraltı təkanlar nəticəsində ölənlərin sayı 284-ə çatıb.

Trend-in məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

Onun sözlərinə görə, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.

Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti