...

Blinken Cavuşoğlu ilə ABŞ-ın zəlzələdən zərər çəkən ölkəyə yardımını müzakirə etdi

Gündəm Materials 7 Fevral 2023 03:38 (UTC +04:00)
Blinken Cavuşoğlu ilə ABŞ-ın zəlzələdən zərər çəkən ölkəyə yardımını müzakirə etdi

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dağıdıcı zəlzələdən zərər çəkən Türkiyə və Suriyaya necə kömək edə biləcəyini müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.

"Dövlət katibi Blinken və xarici işlər naziri Çavuşoğlu ABŞ və tərəfdaşlarımızın kömək edə biləcəyi yolları müzakirə ediblər. Dövlət katibi Blinken ilkin yardım işlərinin davam etdiyini təsdiqləyib və həm Türkiyə, həm də Suriyada zəlzələ qurbanlarına kömək etmək üçün Türkiyə ilə koordinasiyada əlimizdən gələni edəcəyini vəd edib", - deyə Dövlət Departamentinin sözçüsü Ned Praysın açıqlamasında bildirilib.

Qeyd olunub ki, E.Blinken M.Çavuşoğlu ilə danışığında "bugünkü zəlzələlər nəticəsində dəhşətli insan tələfatı ilə əlaqədar başsağlığı verib"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti