...

Bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb (FOTO)

Gündəm Materials 7 Fevral 2023 04:24 (UTC +04:00)
Bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, iyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti