...

ABŞ zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardım üçün 85 milyon dollar ayıracaq

Gündəm Materials 10 Fevral 2023 05:53 (UTC +04:00)
ABŞ zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardım üçün 85 milyon dollar ayıracaq

Bakı. Trend:

ABŞ administrasiyası Türkiyə və Suriyadakı zəlzələlərdən sonra humanitar yardım üçün 85 milyon dollar ayırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi bildirib.

Məlumata əsasən, ABŞ Türkiyə və Suriyada baş verən zəlzələlər ilə bağlı artan humanitar ehtiyacları qarşılamaq üçün 85 milyon dollar ayıracaq. Qeyd olunub ki, vəsait humanitar təşkilatlar vasitəsilə "təcili olaraq ehtiyac duyulan yardımı milyonlarla insana çatdırmaq" üçün yönəldiləcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti