...

Türkiyəyə stasionar generatorlar göndərilib (FOTO)

Gündəm Materials 12 Fevral 2023 10:54 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək tədbirlərinin icrası davam etdirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mühəndis Qoşunlarının təminatından qardaş ölkəyə yüksək gərginlikli generatorlar göndərilib.

Fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə göndərilən generatorlar nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti