...

Türkiyənin Azərbaycandakı səfirliyi yardım üçün yeni hesab yaradıb

Gündəm Materials 14 Fevral 2023 10:32 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyi yardım üçün yeni hesab yaradıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərər çəkənlərə yardım üçün yeni hesab yaradıb.

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Ziraat Bankda səfirlik adına zəlzələ-humanitar yardım hesabı açılıb.

Fəlakət zamanı zərər çəkən vətəndaşların ehtiyacları üçün istifadə edilmək məqsədilə nəğd pul formasında ianə etmək istəyən şəxs və qurumlar qeyd edilən bank hesabları vasitəsilə yardım edə bilərlər.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti