Bakı. Trend:
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında əməkdaşlıq çərçivəsində imzalanmış 2023-cü ilin tədbirlər planına əsasən hərbi qulluqçularımızın iştirakı ilə "Partlayış travmalarına yanaşma" mövzusunda kurs keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, kurs müddətində "Partlayışın fiziki
təzahürləri", "Partlayış zədələri", "Qan dövranı və abdominal
zədələr", "Pasientin qiymətləndirilməsi demonstrasiyası", "Göz və
burun zədələri", "Baş və beyin zədələri və fiziki məhdudiyyət",
"Aşağı və yuxarı ətrafların zədələri", "İlan sancması" və digər
mövzularla bağlı dinləyicilərə brifinqlər təqdim edilib.
Qeyd olunan mövzular üzrə qruplarla məşğələlər keçirilib və
müxtəlif çalışmalar yerinə yetirilib.
Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.