...

Üç gəmi Ukrayna qarğıdalısını Yaponiya, Tunis və Niderlanda çatdıracaq

Gündəm Materials 28 Fevral 2023 06:54 (UTC +04:00)
Üç gəmi Ukrayna qarğıdalısını Yaponiya, Tunis və Niderlanda çatdıracaq

Bakı. Trend:

144 min tondan çox qarğıdalı daşıyan üç quru yük gəmisi Ukrayna limanlarını tərk edib.

Trend-in məlumatına görə, bu barədə Birgə Koordinasiya Mərkəzindən bildiriblər.

Məlumata əsasən, “Seaguardian” gəmisi Niderlanddan 64 877 ton qarğıdalı tədarük edəcək. “Glorious Sea” quru yük gəmisi Tunisə 23,5 min ton qarğıdalı, “Askio” yük gəmisi isə 56 min ton qarğıdalı ilə Yaponiyaya yola düşür.

"Ukraynanın üç limanından ixrac edilən taxıl və digər kənd təsərrüfatı məhsullarının ümumi tonajı 22 milyon 471 min 997 ton təşkil edir. Koordinasiya edilmiş gəmi hərəkətlərinin ümumi sayı - 1531", - deyə Koordinasiya Mərkəzindən bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti