...

"Disney"də ikinci kütləvi ixtisarlar başladı

Gündəm Materials 26 Aprel 2023 12:28 (UTC +04:00)
"Disney"də ikinci kütləvi ixtisarlar başladı
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Walt Disney Co.” şirkəti 7 min nəfərin kütləvi şəkildə işdən çıxarılmasının ikinci mərhələsinə başlayıb.

Trend-in məlumatına görə, 2022-2023 mövsümü kütləvi ixtisarların ən çox yaşandığı dövr kimi qeydə alınıb. Qlobal iqtisadi qeyri-müəyyənliklər xüsusilə texnologiya dünyasını sarsıdıb. Son xəbərlər göstərir ki, kütləvi ixtisarlar bir müddət də davam edə bilər. Çünki şirkətlər dayanmadan ixtisar etməyə davam edir.

"Walt Disney Co" şirkəti bir neçə ay əvvəl açıqlama verərək 7 minə yaxın əməkdaşının işdən çıxarılacağını bildirmişdi. Bu prosesin üçə bölünəcəyini açıqlayan şirkət mart ayında ilk kütləvi işdən çıxarma etdi.

"Walt Disney" bu dəfə "Disney Entertainment", "ESPN" və "Disney Parks", "Experiences" və "Products" kimi müxtəlif biznes kateqoriyalarında ixtisar edəcək. Aprelin sonuna qədər şirkət ümumilikdə 4 min nəfəri işdən çıxaracaq. Qalan 3 min nəfər isə yaya qədər ixtisar olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti