...

Serbiyanın təhsil naziri məktəbdəki atışmadan sonra istefa verib

Gündəm Materials 7 May 2023 21:36 (UTC +04:00)
Serbiyanın təhsil naziri məktəbdəki atışmadan sonra istefa verib

Bakı. Trend:

Serbiyanın təhsil naziri Branko Rujiç Belqrad məktəblərindən birində 9 nəfərin ölümü ilə nəticələnən atışmadan sonra istefa verib.

Trend-in məlumatına görə, bu barədə "Tanjug" agentliyi xəbər verib.

Məlumata əsasən, nazir ölkənin baş naziri Ana Brnabiçə istefa vermək xahişi ilə məktub göndərib və o, həmçinin "həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib".

Qeyd edək ki, mayın 3-də Serbiya paytaxtının mərkəzində yerləşən məktəbdə yeniyetmə həmyaşıdlarına atəş açıb. Nəticədə 9 nəfər - səkkiz şagird və bir mühafizəçi həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti