...

Qəbələdə ağır qəzada yaralanan 20 nəfər xəstəxanaya yerləşdirilib

Gündəm Materials 26 May 2023 16:16 (UTC +04:00)

Bakı. Trend:

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına 20 nəfər yerləşdirilib.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində vəziyyəti ağır olan 3 nəfərin, Təcili tibbi yardım şöbəsində isə vəziyyətləri stabil olan 8 nəfərin müalicələri davam etdirilir.

Qeyd edək ki, bu gün saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub.

Xəbər lenti

Xəbər lenti